Продаётся 3-комн. новостройка 115 м², м. 20 января
TƏCİLİ SATILIR! 20 YANVAR METROSUNUN YANINDA KUPÇALI İPOTEKAYA YARARLI MƏNZİL
Tbilisi prospektində, 20 Yanvar metrosuna cəmi 3 dəqiqəlik piyada məsafədə yerləşən yeni tikili binada 3 otaqlı mənzil satışa təqdim olunur. Mənzil 16 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.
Ümumi sahəsi geniş və funksional planlanmaya malik olan mənzil tam təmirlidir və rahatlıqla 4 otağa düzəldilə bilər. Mənzil əşyalarla birlikdə satılır və dərhal köçüb yaşamaq üçün tam hazır vəziyyətdədir.
Çıxarış (kupça) mövcuddur və ipotekaya tam yararlıdır. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub, interyer zövqlə dizayn edilib.
Binada qaz, su, işıq daimidir, sürətli və işlək lift mövcuddur. Yeraltı parkinq, təhlükəsizlik sistemi və səliqəli həyət sakinlərin rahatlığı üçün nəzərdə tutulub. Binanın hər iki tərəfinə çıxış var ki, bu da əlavə üstünlük yaradır.
Ərazi baxımından çox əlverişli yerdə yerləşir. Yaxınlıqda məktəb, uşaq bağçası, supermarketlər, aptek və digər vacib obyektlər mövcuddur. Nəqliyyat baxımından ideal mövqedədir.
Bu qiymətə bu ərazidə belə mənzil nadir tapılır. Həm yaşamaq, həm də yatırım üçün əla seçimdir.
Ofis haqqı: 1% — alıcı tərəfindən
QEYD: Zəngə cavab verilməzsə, zəhmət olmasa WhatsApp vasitəsilə əlaqə saxlayın.




































































































































































